“Roma” Leon Beyli ilə vidalaşdı
21.01.2026 , 16:32
“Aston Villa”dan icarə əsasında “Roma”ya keçən Leon Beyli paytaxt təmsilçisini tərk edib.
Korner.az xəbər verir ki, 28 yaşlı vinger icarə müddətinin başa çatmasının ardından İngiltərə klubuna geri dönüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi futbolçu ilə yeni müqavilə imzalamağı məqsədəuyğun saymayıb.
Qeyd edək ki, zədələr Leon Beylinin “Roma”dakı çıxışına ciddi təsir göstərib və o, komandanın heyətində ümumilikdə 317 dəqiqə oynaya bilib.