“Roma” italiyalı futbolçunu heyətinə qatdı
28.02.2019 , 18:12

İtaliyanın “Roma” klubu Brayan Kristantenin transferini rəsmi olaraq açıqlayıb.
“Canavarlar” cari mövsümün əvvəlində “Atalanta” klubundan icarə əsasında komandaya cəlb etdiyi italiyalı yarımmüdafiəçini satın alma bəndindən istifadə edərək birdəfəlik heyətinə qatıb. Bu transfer üçün qarşı tərəfə 15 milyon avro ödəniləcək.
Qeyd edək ki, Brayan Kristante bu mövsüm “Roma” klubunda 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
