Kiyev “Dinamo”sunun hücumçusu Cermeyn Lens karyerasını İtaliyada davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 27 yaşlı hollandiyalı futbolçunu “Roma” klubu heyətinə qatmağa hazırlaşır.
DÇ-2014-ün final mərhələsində Hollandiya yığması ilə bürünc medal qazanan futbolçu bu mövsüm “Dinamo”nun heyətində 34 oyuna 9 qol vurub.
