“Roma” futbooçusunu icarəyə göndərdi
11.09.2020 , 16:31

“Roma” müdafiəçisi Alessandro Florensini icarəyə verib.
Korner.az xəbər verir ki, İtaliya millisinin üzvü Fransanın PSJ klubuna keçib. 29 yaşlı sağ cinah futbolçusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Florensi “Roma”nın yetirməsidir. O, ötən mövsümün ikinci yarısını İspaniyanın “Valensiya” klubunda oynamışdı.
