“Roma” evdə “Napoli”yə məğlub oldu – VİDEO
01.12.2025 , 13:00
İtaliya A Seriyasında 13-cü turun görüşləri davam edir.
Korner.az xəbər verir ki, “Roma” evdə “Napoli”ni qəbul edib.
Səfər komandası David Neresin 36-cı dəqiqədə vurduğu qol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib.
13 turdan sonra “Napoli” 28 xalla ikinci pillədə qərarlaşıb, “Roma” isə 27 xalla dördüncü sıradadır. Lider mövqedə 28 xalla “Milan” yer alır.