“Roma” Ernest Muçini transfer siyahısına saldı
04.01.2026 , 14:32
İtaliyanın “Roma” klubu “Beşiktaş”ın futbolçusu Ernest Muçiyə maraq göstərir.
Korner.az xəbər verir ki, hazırda icarə əsasında “Trabzonspor”da çıxış edən 24 yaşlı albaniyalı futbolçu paytaxt təmsilçisinin diqqət mərkəzindədir.
“Roma”nın skaut heyəti Muçinin çıxışını yaxından izləyir və bu məqsədlə Türkiyəyə bir neçə dəfə səfər edib.
Xəbərdə bildirilir ki, mövsüm başa çatdıqdan sonra futbolçunun İtaliya klubuna transferi gündəmə gələ bilər. Muçinin “Trabzonspor”la icarə müqaviləsi 2026-cı ilin iyun ayının sonunadək davam edir. Onun “Beşiktaş”la müqaviləsinin müddəti isə 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Ernest Muçi karyerası ərzində “Tirana” və Polşanın “Legiya” klublarında da forma geyinib.