“Mançester Siti”nin bosniyalı hücumçusu Edin Dzeko “Roma” klubuna keçə bilər.
Korner.az-ın məlumatına görə, futbolçu “canavarlar”la ilkin razılıq əldə edib.
Dzeko “Roma”da oynamaq üçün məvacibinin azaldılmasına da razı olub. Keçid reallaşacağı təqdirdə, 5 illik müqavilə bağlanacaq və futbolçu 4,5 milyon avro məvacib alacaq. 29 yaşlı bosniyalının transfer qiyməti isə 24 milyon avrodu.
