“Roma” ciddi itki üz-üzə
26.02.2019 , 17:56

“Roma” klubunun türkiyəli futbolçusu Cengiz Ündər klubun məşq prosesini yarımçıq dayandırıb.
Zədədən ötən həftə qayıdıb, məşqlərə başlayan Cengiz Ünder “Roma” klubunun sonuncu məşqi zamanı meydanı vaxtından əvvəl tərk edib. Əgər futbolçunun zədəsi ciddi olsa, onun “Latsio” və “Portu” ilə görüşləri buraxacağı ehtimal olunur.
Qeyd edək ki, Cengiz Ündər “Torino” klubu ilə 19 yanvar tarixində keçirilən görüşdə zədələnmişdi.
