“Roma” yarımmüdafiəçi Miralem Pyaniçi sata bilər.
Korner.az-ın məlumatına görə, bu barədə “La Gazetta dello Sport” nəşri xəbər yayıb.
Bildirilib ki, “canavarlar”ın maliyyə məsələlərini balanslaşdırmaq üçün müəyyən məbləğə ehtiyacı var və bu, 30 iyuna qədər həll olunmalıdı. Əgər aradakı fərq həll olunmasa, ali futbol qurumu paytaxt klubunu Avrokuboklarda iştirakdan məhrum edə bilər.
