“Roma” bu hücumçunu transfer edə bilər
12.01.2026 , 18:54
“Aston Villa”nın hücumçusu Doniel Malen “Roma”ya keçə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər oyunçunun icarə ilə, daha sonra isə satınalma hüququ ilə transferi barədə razılığa gəliblər.
Transferin qiyməti təxminən 26–27 milyon avro dəyərindədir. Hazırda keçidin gerçəkləşməsi Malenin qərarından asılıdır və futbolçunun “Roma”ya keçməyə müsbət yanaşdığı bildirilir.
Bu mövsüm Malen 29 oyunda meydana çıxaraq 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Lakin o, “Aston Villa”nın əsas heyətində daimi yer tutmur.