“Roma” bu futbolçunu transfer etdi
02.02.2024 , 16:18

“Roma” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Empoli”dən yarımmüdafiəçi Tomasso Baldanzini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
