“Roma” bu futbolçu ilə davam edəcək
16.06.2023 , 18:25

“Roma” futbolçusu Kris Smollinqlə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Krislə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 33 yaşlı ingiltərəli futbolçu 2019-cu ildən “Roma”da çıxış edir.
