“Roma” baş məşqçisi ilə bağlı qərar verdi
18.04.2024 , 23:42

“Roma”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, klub baş məşqçisi Daniele De Rossi ilə müqaviləni uzadıb.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə imzalanan sözləşmənin detalları açıqlanmayıb.
40 yaşlı məşqçi bu ilin yanvarından komandaya rəhbərlik edir.
