“Roma” baş məşqçi postuna yenidən onu gətirir
28.10.2024 , 23:33

“Roma” baş məşqçisi İvan Yuriçlə yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi xorvatiyalı mütəxəssisin işindən razı deyil.
İtaliya klubu baş məşqçi postuna Daniele De Rossini yenidən namizəd görür.
41 yaşlı mütəxəssis özü də “Roma”ya qayıtmağa müsbət yanaşır.
