“Roma” baş məşqçi postuna bu mütəxəssisi gətirir
03.06.2025 , 16:09

Klaudio Ranyeri ilə yollarını ayıran “Roma” boş qalan postu Can Pyero Qasperini ilə dolduracaq.
Korner.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Xəbərdə, artıq paytaxt klubunun italiyalı mütəxəssislə razılığa gəldiyi bildirilib.
67 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacağı gözlənilir.
