“Roma” argentinalı futbolçu ilə müqavilə yeniləyir
09.01.2025 , 11:00
“Roma” argentinalı yarımmüdafiəçisi Leandro Paredeslə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi futbolçunun müqaviləsini uzatmaq istəyir.
Tərəflər artıq yeni sözləşmə üçün danışıqlara başlayıb.
Paredesin “Roma” ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin iyunun sonuna kimidir.