Rokko Vata Premyer Liqa klublarının transfer siyahısında
01.12.2025 , 11:15
“Uotford”un gənc hücumçusu Rokko Vata Premyer Liqa klublarının diqqətini cəlb edib.
Korner.az xəbər verir ki, “Kristal Palas” və “Fulhem” 20 yaşlı irlandiyalı futbolçunun transferi üçün maraq göstərən komandalar sırasındadır.
Bildirilir ki, “Uotford” Vataya görə təxminən 23 milyon avro məbləğində təzminat tələb edir.
Futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. O, bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə verib.