Rodriqo “Real Madrid”dən yayda ayrılmaq istəyir
03.12.2025 , 22:30
“Real Madrid”in braziliyalı hücumçusu Rodriqo klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini rəsmi şəkildə bildirib.
Korner.az xəbər verir ki, futbolçu yanvar ayında transferin baş tutmasının çətin olduğunu nəzərə alsa da, yayda komandadan getməyi hədəfləyir.
Rodriqo artıq 30 oyunluq qolsuz seriya ilə çıxış edir ki, bu da “Real Madrid” tarixində hücumçular arasında ən uzun qolsuz dövr kimi qeydə alınıb.
22 yaşlı oyunçunun mövsüm sonunda Avropanın digər klubuna keçəcəyi real ehtimal kimi qiymətləndirilir.