Rodriqo Premyer Liqa klubuna keçir?
21.05.2025 , 14:23

“Real”ın futbolçusu Rodriqo karyerasını Premyer Liqada davam etdirə bilər.
Korner.az xəbər verir ki, təcrübəli oyunçu ilə “Çelsi” yaxından maraqlanır.
London klubu yayda 24 yaşlı vinger üçün təklif göndərəcək.
Rodriqo bu mövsüm bütün turnirlərdə 50 oyunda çıxış edib, 13 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
