Rodriqo De Paul MLS-də qalır: Transfer rəsmiləşdi
12.12.2025 , 20:45
“İnter Mayami” icarədə olan Rodriqo De Paulun transfer hüquqlarını tam olaraq əldə edib.
Korner.az xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.
ABŞ təmsilçisi argentinalı yarımmüdafiəçi üçün “Atletiko”ya 17 milyon dollar ödəyib. 31 yaşlı De Paul ilə 2029-cu ilin sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Rodriqo De Paul bu ilin yayından “İnter Mayami”nin heyətində çıxış edir və 26 rəsmi oyunda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.