Rodriqo 2 nəhəng klubun hədəfində
11.06.2024 , 23:51

“Real”ın futbolçusu Rodriqo bir neçə klubun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, futbolçu ilə PSJ və “Mançester Siti” klubu yaxından maraqlanır.
Oyunçu isə Madrid klubunda qalmaq istəyir. Bu səbəbdən o, gələn təklifi rədd edib.
Rodriqo Madrid təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 17 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
