Rodriqo daha bir klubun hədəfində
29.04.2025 , 22:00

“Real”ın futbolçusu Rodriqo daha bir İngiltərə klubunun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, braziliyalı oyunçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
Madrid klubu 24 yaşlı futbolçu üçün 150 milyon avro tələb edir.
Onunla daha öncə “Liverpul” da maraqlanırdı.
Qeyd edək ki, Rodriqo 2019-cu ildən La Liqa təmsilçisində çıxış edir.
