Rodriqesin yeni klubu rəsmiləşdi
14.01.2025 , 10:26

Tanınmış futbolçu Xames Rodriqesin yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, “Rayo Valyekano”dan ayrılan oyunçu karyerasını Meksikanın “Leon” klubunda davam etdirəcək.
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu yeni klubuna azad agent olaraq keçib. Xames bu mövsümün əvvəlindən İspaniya komandasında çıxış edirdi.
