Rodriqes 11 milyon avro cərimələnib
26.07.2018 , 17:53

“Bavariya”da icarə əsasında çıxış edən Xames Rodriqes cərimə ödəyəcək
Bunun səbəbi onun İspaniya hökümətinə borcu olmasıdır.
2014-cü ildə “Real”a transfer olunandan sonra İspaniyaya köçən 27 yaşlı kolumbiyalı burada vergi ödəmədiyi üçün 11.65 milyon avro cərimələnib.
Qeyd edək ki, X. Rodriqes müqavilə ilə “Real”a məxsusdur.
