“Milan” klubunun hücumçusu Robinyo klubu tərk edə bilər.
Korner.az-ın “Sky Sport 24”ə istinadən verdiyi məlumata görə, təcrübəli hücumçu “Orlando” klubuna transfer ola bilər. Həmyerlisi Kaka ilə yenidən bir komandada mübarizə aparmaq şansı olan Robinyo “Milan” heyətində 108 oyuna 25 qol vurub.
