İngiltərənin “Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından sayılan Robin van Persi Premyer Liqanın XXVI turunda səfərdə “Suonsi” ilə matçda xəsarət alıb.
Hücumçunun zədəsinin ciddi olduğu bildirilib. Hollandiyalı futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
