Nəhayət ki, adı "Mançester Siti" "Yuventus" və "Mançester Yunayted"lə hallanan Robin van Persi rəsmi olaraq müqaviləyə imza atıb.
Korner.az-ın məlumatına görə, hollandiyalı forvard bundan sonra "qırmızı şeytanlar"ın uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlanıb.
Transferlə bağlı danışan van Persi bunları deyib: "Çox güclü forvardlara yarışacam. Güclü oyunumla komandama kömək etməyə çalışacam. İlk oyunuma çıxmaq üçün səbirsizlənirəm".
Qeyd edək ki, Robin van Persi həftə sonu oynanılacaq "Everton" ilə matçda meydana çıxacaq.
