“Mançester Yunayted”in hollandiyalı hücumçusu Robin van Persi məşqlərə başlayıb.
Korner.az-ın məlumatıa görə, təcrübəli forvard yeni mövsümün başlanmasını səbirsizliklə gözləyir:
“Kiçik fasilədən sonra bugün məşqlərə başlayıram. Yeni mövsümün başlanmasını səbirsizliklə gözləyirəm”
Baş məşqçi Lui van Qal “uçan hollandiyalı”nı ilk turda “Suonsi” ilə oyunda meydana buraxmayacaq. Futbolçuya əlavə istirahət günü də veriləcək.
