Hollandiya millisinin üzvü Robin van Persi “Fənərbağça”dan ayrılmağa hazırlaşır.
Ulduz futbolçu karyerasını ölkəsində davam etdirəcək. 34 yaşlı hücumçu “Feyenoord” klubu ilə anlaşıb. Təcrübəli oyunçu “Fənərbağça” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verə bilsə, sabiq komandası ilə münasibətlərini rəsmiləşdirəcək.
Bu barədə məlumatı mərkəz hücumçusunun atası Bob van Persi verib. O, Robinin ölkəsinə qayıtdığı üçün xoşbəxt olduğunu bildirib: “Artıq oğlum evimizə yaxın yerdə olacaq. Ailəmizin yenidən bir yerdə olacağı üçün xoşbəxtəm”.
