"Arsenal" ilə olan müqaviləsini uzatmaq istəməyən Robin van Persi "Köln" ilə oynanılacaq yoldaşlıq görüşündə meydanda olması gözlənilir.
Korner.az-ın məlumatına görə, son vaxtlar adı "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus" klubları ilə hallanan hollandiyalının "topçular"dan ayrılması gözlənilirdi.
Qeyd edək ki, hücumçu klubunun "Köln" ilə oynayacağı yoldaşlıq matçı üçün Almaniyaya yollanıb.
