Robertson: “Messi meydanın hər yerindən çıxa bilər”
30.04.2019 , 17:50

“Liverpul” klubunun müdafiəçisi Andreu Robertson Çempionlar Liqasında “Barselona”ya qarşı keçiriləcək oyunla bağlı danışıb.
Çətin oyun olacağını bildirən futbolçu daha diqqətli olacaqlarını vurğulayıb.
“Biz həmişə olduğundan çox daha yaxşı oyunçuya çevrilən bir Leo Messi ilə qarşılaşacağıq. O, Dünyada ən yaxşı oyunçudur. Biz çox diqqətli olmalıyıq, çünki, onu heç gözləmədiyin anda belə meydanın hər yerində görmək mümkündür.”
Qeyd edək ki, “Barselona” – “Liverpul” görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
