Robertson “Liverpul”da qalacaq?
26.01.2026 , 11:00
Endryu Robertsonun “Liverpul”dan ayrılması gündəmdə deyil.
Korner.az xəbər verir ki, Mersisayd klubu müdafiə xəttində əsas fiqurlardan sayılan şotland futbolçunu komandada saxlamaqda qərarlıdır.
Xarici KİV yazır ki, “Liverpul” rəhbərliyi hazırkı mərhələdə futbolçunun “Tottenhem”ə transferinə müsbət yanaşmır. Klub alternativ variantları nəzərdən keçirsə də, Robertsonla bağlı danışıqları dayandırmağı planlaşdırır.
Qeyd edək ki, təcrübəli müdafiəçi 2017/18 mövsümündən bəri “Liverpul”un şərəfini qoruyur.