“Sivasspor”un baş məşqçisi Roberto Karlos Cihan Özkara barədə açıqlama verib.
Korner.az-ın məlumatına görə, braziliyalı ulduz millimizin üzvünün istedadlı futbolçu olduğunu bildirib.
Karlos Cihan və başqa bir neçə gəncin komandada qalacağını deyib: “Səviyyəli futbolçuların olduğu ehtiyat oyunçular skamyamız var. Cihan, Abdurrahman, Eren, Hakan, Niyazi, İbrahim və qapıçı Nihat kimi gənc istedadlar bizimlədi”.
