Türkiyənin “Akhisar” klubun baş məşqçisi postundan ayrıldıqdan sonra işsiz qalan məşhur braziliyalı Roberto Karlosun yeni klubu bəlli olub.
Korner.az-ın məlumatına görə, Karlos məşqçilik təcrübəsini bundan sonra Hindistanda yoxlayacaq.
O, Hindistan liqasında mübarizə aparan “Dehli Dinamos” klubu ilə anlaşıb. Klubun rəsmi “twitter” səhifəsi bu barədə məlumat versə də, müqavilənin şərtləri açıqlanmır.
Qeyd edək ki, məşhur futbolçu Del Pyero və məşhur qapıçı Kristof van Xayt “Dehli Dinamos”da çıxış edir.
