Roberto Bordin: “Üçüncü qolu da vura bilərdik”
19.08.2018 , 20:48

Topaz Premyer Liqasında II turun “Nefçi” – “Qəbələ” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə matç barədə fikirlərini bildirib:
“Gözəl oyun alındı. Futbolçularım yaxşı oynadılar. Əlbəttə, üçüncü qolu da vura bilərdik. Ancaq sona yaxın hiss etdik ki, rəqibin təzyiqi var. Buna baxmayaraq yaxşı oynadıq”
– Müdafiədəki boşluqları doldurmaq üçün hansı işlər görülür?
– Sona yaxın səhvlərin olamsı normaldı. Məcbur olduq, son dəqiqələrdə 5 müdafiəçi ilə oynadıq. Transfer məsələsi haqda isə, bu barədə açıqlamalar verilib. Bizə təzyiq göstərirlərsə, bu o demək deyil ki, yeni futbolçu almalıyıq.
– Üçüncü tur “Qarabağ”la oyun təxirə salına bilər. Bu sizin komandaya təsir edə bilərmi?
– Bu oyuna hələ var. Ola bilsin, yoldaşlıq oyunu keçirdik.
– “Qarabağ” sizin sabiq komandanız “Şerif”lə qarşılaşacaq. Bu haqda nə deyə bilərsiniz?
– Düşünürəm ki, maraqlı oyun olacaq.
– Dabonun əvəzetməsi riskli deyildimi?
– Dabonu oyunun son dəqiqəsində əvəzlədik.
– “Qarbağ” – “Şerif” matçında hansı komandanın qalib olmasını istərdiniz?
– Hal-hazırda “Neftçi”yə azarkeşlik edirəm. “Şerif” komandasına gəldikdə, mən həmişə onların uğurlarına sevinəcəm
