Roberto Bordin: “Futbolçular vaxtında və düzgün reaksiya verdi”
27.10.2019 , 20:12

Azərbaycan Premyer Liqasında IX turun “Sumqayıt” – “Neftçi” (2:4) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
– Komandamı təbrik edirəm. Gözəl oyun göstərdik. Baxmayaraq ki, penalti qolu ilə hesabda geri düşdük, futbolçular vaxtında və düzgün reaksiya verdi. Sona qədər dominant tərəf idik. Layiqli qələbə qazandıq.
