Roberto Bordin: “Bir az bəxtsizlik oldu”
20.12.2019 , 19:52

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la cavab oyunundan (0:0) sonra fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Çalışırdıq, ilk oyundakı neqativ nəticəni aradan qaldıraq. Bunu oyunun əvvəlindən göstərmək istəyirdik. Matçın çox hissəsi istədiyimiz kimi alınırdı. Cinahlardan hücumlara üstünlük verməyə çalışırdıq. Sonlandırma çatışmırdı, bir az bəxtsizlik var idi. İki oyuna da baxsaq, rəqib çox hücum etmirdi. Üzgünük”.
