Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki rəqibi olan İtaliyanın “İnter” klubunun baş məşqçisi Roberto Mançini A Seriyasının son turunda “Roma”ya məğlubiyyətdən sonra fikirlərini açıqlayıb.
Korner.az-ın məlumatına əsasən mütəxəssis A seriyasının Avropa Liqasından daha önəmli olduğunu deyib.
“Məğlub olduğumuzu üçün üzüldük. İki dəfə rəqib hesabda önə keçsə də, tarazlığı bərpa edə bildik. Bizim üçün Çempionlar Liqasına vəsiqə qazanmaq çox vacibdi. Ona görə də A Seriyası Avropa Liqasından daha önəmlidi”.
