Robert Sançes “Çelsi”ni Çempionlar Liqasının favorit hesab edir
26.11.2025 , 20:30
“Çelsi”nin qapıçısı Robert Sançes UEFA Çempionlar Liqasında komandasının şanslarını yüksək qiymətləndirib.
Korner.az xəbər verir ki, London təmsilçisi Liqa mərhələsinin 5-ci turunda evdə “Barselona”ya 3:0 hesabı ilə qalib gəlib.
Oyun sonrası açıqlama verən Sançes bildirib ki, turnirin favoriti “Barselona” deyil, məhz “Çelsi”dir:
“Favorit bizik. Barselona yox. Mark Kukurelya Lamin Yamalı tam nəzarətdə saxladı”.
Hazırda “Çelsi” 10 xalla qrup cədvəlində 5-ci sırada, “Barselona” isə 7 xalla 15-ci pillədə qərarlaşıb.