Azərbaycan millisi DÇ – 2018-in seçmə mərhələsində sabah Çexiya yığmasını qəbul edəcək. Komandanın baş məşqçisi Robert Prosineçki ənənəsinə sadiq qalaraq oyunöncəsi mətbuat konfransında bu matç üçün start heyətini açıqlayıb.
Millimiz Çexiya ilə matça bu “11-lik”lə başlayacaq:
Kamran Ağayev – Məhəmməd Mirzbəyev, Bədavi Hüsüynov, Rəşad Sadıqov, Pavel Paşayev – Rahid Əmirquliyev, Cavid Hüseynov, Riçard Almeyda- Əfran İsmayılov, Ruslan Qurbanov – Dmitri Nazarov (FutbolPress)
