Topaz Premyer Liqasının XVIII turunda “İnter” AZAL-ı məğlub edib.
Korner.az-ın məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:
– “Oyun bizim üçün çox vacib idi. “Neftçi”yə məğlubiyyətdən sonra komanda özünü toparlamışdı. Qələbə qazanmaq üçün çox çalışdıq və qolumuzu vura bildik. Bundan sonra növbəti oyunlarımıza hazırlaşacağıq”.
– Millimizin baş məşqçisi Robert Prosineçki ilə görüşmək imkanınız olsa, ona komandanızın kapitanı Nizami Hacıyev haqda nə deyə bilərsiniz?
– Nizami belə davam etsə, milliyə yolu açılacaq. Məncə, Robert Prosineçki onu milliyə dəvət etməlidir. (futbol11.az)
