Robert Levandovski MLS-ə yollana bilər
17.12.2025 , 10:37
“Barselona”nın təcrübəli hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 2026-cı ildə klubunu dəyişə bilər.
MLS təmsilçisi “Çikaqo Fayr” polşalı forvardı heyətinə cəlb etmək niyyətindədir və tərəflər arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunub. Komanda.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, görüşlər müsbət atmosferdə keçir və Levandovski mümkün transfer variantına açıq yanaşır. Bildirilir ki, Amerika klubu futbolçunun maaşla bağlı tələblərini tam şəkildə qarşılamağa hazırdır.
Qeyd edək ki, daha əvvəl Levandovskiyə Səudiyyə Ərəbistanı çempionatından olan bir sıra klubların da maraq göstərdiyi bildirilirdi. Hücumçu cari mövsümdə “Barselona” forması ilə 17 oyunda meydana çıxıb, 8 qol vurub və 2 assist edib.
Xatırladaq ki. Levandovskinin Kataloniya təmsilçisi ilə mövcud müqaviləsi mövsümün sonunda başa çatır.