Robert Levandovski Bundesliqadan bezib?
25.06.2018 , 15:45

“Bavariya”nın hücumçusu Robert Levandovski ayrılıq iddialarını daha da alovlandırıb.
Polşalı forvard uzun müddət Bundesliqada oynamaq istəmədiyini deyib: “Uzun müddət eyni çempionatda çıxış etmək istəmirəm. Amma gələcəyimlə bağlı qərarımı açıqlamaq fikrim yoxdur”.
29 yaşlı Levandovski 2010-cu ildən Bundesliqada çıxış edir.
