Almaniyanın “Bavariya” klubunun futboloçusu Aryen Roben İtaliya nəhəngi “Yuventus”dan təklif aldığını etiraf edib.
Korner.az-ın məlumatına görə, hollandiyalı ulduz 2012-ci ildə “Yuventus”dan təklif aldığı barədə “La Gazzetta dello Sport”a açıqlama verib.
Roben açıqlamada bunları dilə gətirib: “Yuventus” fantastik bir klubdur və belə klubun mənimlə maraqlanmağı mənim üçün şərəfdir. Onlara təklifinə görə təşəkkür etdim və “Bavariya”da qalmaq istədiyimi dedim”.
Qeyd edək ki, Aryen Robenin “Bavariya” ilə olan müqaviləsinin müddəti 2015-ci ildə bitir.
