Hollandiya yığmasının futbolçusu Aryen Robben milli karyerasına son qoyub. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveç üzərində 2:0 hesablı qələbədən sonra bu açıqlamanı verib.
Robbenin dubl etdiyi qarşılaşmada qazanılan qələbəyə baxmayaraq, “narıncılar” mundialdan kənar qalıb.
2003-cü ildən millinin formasını geyinən Aryen yığmada keçirdiyi 96 oyunda 37 dəfə fərqlənib.
