DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Belorus və Fransa ilə qarşılaşacaq Hollandiya millisinin heyətində ciddi itki baş verib.
Korner.az-ın məlumatına görə, “narıncılar”ın aparıcı üzvlərindən olan Aryen Robben bu matçlarda iştirak edə bilməyəcək.
Buna səbəb “Bavariya”nın ulduz futbolçusunun zədələnməsi olub.
32 yaşlı yarımmüdafiəçi qabırğasından zədələnib.
