Robben və Riberi üçün sonuncu mövsüm
05.05.2019 , 16:10

Almaniyanın “Bavariya” klubu Frank Riberi və Aryen Robben ilə bağlı açıqlama yayıb.
Münxen təmsilçisi sözügedən hər iki oyunçunun mövsüm sonu klubu tərk edəcəklərini yazıb. Klub hər iki futbolçuya gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Frank Riberi 2007-ci, Aryen Robben isə 2009-cu ildən etibarən “Bavariya” klubunun şərəfini qoruyub.
