Robben: “Ronaldonun buna ehtiyacı yoxdur”
06.04.2019 , 15:00

“Bavariya” klubunun futbolçusu Aryen Robben Kriştiano Ronaldonun özünü isbat etməsi üçün İtaliyaya getməsi fikrinə rəy bildirib.
Bu fikirlə razılaşmayan hollandiyalı futbolçu Ronaldonun özünü isbat etməyə ehtiyacı olmadığını bildirib.
“Kriştiano Ronaldo İngiltərə və İspaniyada özünü isbat edib. Onun özünü isbat etməyinə ehtiyacı yoxdur. O, dünyanın ən yaxşıdır.”
Qeyd edək ki. Kriştiano Ronaldo hazırda İtaliya çempionatında 19 qolla bombardirlər siyahısında 3-cüdür.
