“Bavariya”nın futbolçusu Aryen Robben Duqlas Kosta haqda tənqidi fikirlər səslədirib.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçu komandanın yeni transferinin “Bayer”lə Bundesliqa matçında (3:0) topla fintlər etməsindən gileylənib:
“Kosta rəqiblərə hörmətlə yanaşmalıdır. O, hesab 3:0 olsa belə, topla fintlər etməməlidir. Həmin vaxt Kosta sirkdəki kimi görünürdü”.
Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola isə Duqlas Kostanı müdafiə edərək deyib: “Bu oyunun bir hissəsidir. Duqlas da digər braziliyalı futbolçular kimi belə fintlər yerinə yetirə bilər”.
