Robben karyerasını bərpa edir
27.04.2020 , 16:44

Ötən mövsümün sonu futbolçu karyerasını bitirən Niderland millisinin keçmiş üzvü Aryen Roben yaşıl meydanlara qayıtmaq istəyir.
Korner.az xəbər verie ki, 36 yaşlı yarımmüdafiəçi futbol üçün darıxdığını bildirib:
“Karyeramı bitirəndən sonra futbol üçün çox da darıxmırdım. Ancaq zaman keçdikcə “Hey, bəlkə, bir az oynamaq lazımdı”, – kimi düşüncələr beynimi məşğul edir. Koronavirusa görə insanların həyatı qəribə vəziyyətə düşüb. İndi futbolun qayıtmasını gözləyirik. Hər halda, nə olsa da, mən bir idmançıyam”.
Münhen “Bayern”ində karyerasını bitirən Robben PSV, “Çelsi”, “Real” kimi klublarda oynayıb.
